BFB-nin dövriyyəsi 38% azalıb - CƏDVƏL

BFB-nin dövriyyəsi 38% azalıb - CƏDVƏL
# 05 iyun 2020 14:01 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 843 918 820 manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilə məlumata görə, 2019-cu ilin analoji dövrü ərzində bu göstərici 6 242 113 843 manat olub. Göründüyü kimi, hesabat dövründə BFB-nin dövriyyəsi 38,4% azalıb.

“2020-ci ilin yanvar-may ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 243%, repo əməliyyatları üzrə isə 122% böyümə qeydə alınıb”, - deyə BFB-dən bildirilib.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli

Bazarlar / Əməliyyatlar

31.05.2020-ci il tarixinə

31.05.2019-cu il tarixinə

Əqdlərin həcmi (manatla)

Əqdlərin sayı

Əqdlərin həcmi (manatla)

Əqdlərin sayı

1. Dövlət qiymətli kağızları

2,219,875,743

510

5,767,750,046

810

1.1. İlkin bazar

1,812,373,143

265

5,520,586,791

616

Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi)

388,995,498

115

265,940,281

129

ARMB* qiymətli kağızları

1,423,377,644

150

5,254,646,511

487

1.2. Təkrar bazar

407,502,600

245

247,163,255

194

Dövlət istiqrazları

206,858,141

216

117,400,090

170

ARMB qiymətli kağızları

200,644,459

29

129,763,164

24

2. Korporativ qiymətli kağızlar

955,113,224

885

172,731,869

979

2.1. İlkin bazar

77,239,750

7

44,756,747

22

2.1.1. Səhmlər

-

-

300,000

2

2.1.2. İstiqrazlar

77,239,750

7

44,456,747

20

- İpoteka istiqrazları

75,239,750

4

40,456,747

10

- Digər istiqrazlar

2,000,000

3

4,000,000

10

2.2. Təkrar bazar

877,873,474

878

127,975,121

957

2.2.1. Səhmlər

7,233,156

670

867,223

717

2.2.2. İstiqrazlar

870,640,318

208

127,107,898

240

- İpoteka istiqrazları

858,224,213

50

106,945,701

9

- Digər istiqrazlar

12,416,105

158

20,162,197

231

3. Repo əməliyyatları

668,929,853

367

301,631,928

198

Dövlət istiqrazları üzrə

620,874,435

338

237,403,007

182

AMB qiymətli kağızları üzrə

11,608,691

4

57,276,515

9

Korporativ qiymətli kağızlar üzrə

36,446,727

25

6,952,406

7

Cəmi (1+2+3)

3,843,918,820

1,762

6,242,113,843

1,987

- o cümlədən: ilkin bazar

1,889,612,893

272

5,565,343,538

638

- o cümlədən: təkrar bazar

1,285,376,074

1,123

375,138,376

1,151

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR