BFB-nin dövriyyəsi 4% azalıb

BFB-nin dövriyyəsi 4% azalıb
  • Clock-gray 17:08
  • calendar-gray 06 Dekabr 2019

Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 005 127 min manat təşkil edib.

APA-Economics” Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4% azalıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarında əməliyyatların həcmi 10% azalaraq 11 006 296 min manat, korporativ qiymətli kağızlar bazarı isə 26% artaraq 941 925 min manat təşkil edib. 

2019-cu ilin on bir ayında  dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olmasına baxmayaraq, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 293%, korporativ qiymətli kağızların təkrar bazarında 76% və repo əməliyyatlarında isə 81% böyümə qeydə alınıb.

Hesabat dövründə BFB-nin kapitalizasiyası 3 623 148 min  manat təşkil edib. Cari ilin oktyabr ayı ilə müqayisədə kapitalizasiya 7% artıb.

Nərmin Rəhimova

Digər xəbərlər