BFB-nin ticarət dövriyyəsi son üç ildə 42 mlrd. manata çatıb

BFB-nin ticarət dövriyyəsi son üç ildə 42 mlrd. manata çatıb
# 29 yanvar 2021 14:39 (UTC +04:00)

2018-2020-ci illər ərzində Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsinin həcmi 42 mlrd. manat təşkil edib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən ticarət dövriyyəsinin 36%-i 2018-ci ildə, 33%-i 2019-cu ildə, 31%-i isə 2020-ci ildə reallaşıb.

2020-ci ildə təkrar bazarını ümumi əməliyyatlardakı payı kəskin artaraq 25% təşkil edib (2018-ci ildə 5,7%, 2019-cu ildə 14,5%).

Bundan əlavə, BFB-nin illər üzrə korporativ qiymətli kağızlar bazarı bölgüsünə gəldikdə, istiqrazların payının 2019-cu illə müqayisədə kəskin azaldığı görünür (2019-cu ildəki 93%-dən, 2020-ci ildəki 62%-ə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR