BFB nizamnamə kapitalını dörd dəfə artırıb

BFB nizamnamə kapitalını dörd dəfə artırıb
# 10 fevral 2021 15:57 (UTC +04:00)

“Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədi ilə səhmdarların növbədənkənar ümumi yığıncağının qərarı əsasında BFB-nin səhmlərinin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.

APA-Economics”in məlumatına görə, bu barədə BFB-nin açıqlamasında deyilir.

Qeyd olunur ki, səhmlərin nominal dəyərinin artması nəticəsində, BFB-nin nizamnamə kapitalının dəyəri dörd dəfə artırılıb – 1,260 mln. manatdan 5,040 mln. manatadək.

Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR