BMT qlobal ÜDM-in bu il 4,3% azalacağını, gələn il 4,1% artacağını proqnozlaşdırır

BMT qlobal ÜDM-in bu il 4,3% azalacağını, gələn il 4,1% artacağını proqnozlaşdırır
  • Clock-gray 12:47
  • calendar-gray 20 Noyabr 2020

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal iqtisadi tənəzzül ötən ilə nisbətən təxminən 4,3% olacaq, lakin 2021-ci ildə dünya iqtisadiyyatının 4,1% artması gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu proqnoz BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında verilib.

"UNCTAD 2020-ci ildə qlobal ÜDM istehsalında təxminən 4,3% azalma gözləyir. Artıq milyonlarla iş yeri bağlanıb və böhran davam edərsə, əlavə 130 mln. insan yoxsulluqla qarşılaşacaq. 2021-ci ildə isə dünyada ÜDM istehsalının artımı 4,1% olacağı proqnozlaşdırılır. Eyni zamanda, sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə nisbətən (5,7%) daha zəif iqtisadi bərpa nisbətlərinə (böyümə 3,1%) sahib olacağı gözlənilir", - hesabatda deyilir.

UNCTAD mütəxəssislərinin fikrincə, mövcud böhran yeni, daha dayanıqlı istehsal şəbəkələri üçün katalizator rolunu oynaya bilər ki, bu da istehsalata bir qədər də yaşıllaşmağa imkan verə bilər.

APA-Economics

Digər xəbərlər