BMT qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb

BMT qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb
# 18 mart 2021 10:57 (UTC +04:00)

BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) 2021-ci ildə qlobal iqtisadiyyatın artım tempi üzrə proqnozunu 4,7%-dək yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə UNCTAD-ın hesabatında bildirilir.

Qeyd edək ki, ötən ilin sentyabr proqnozunda artım tempinin 4,3% təşkil edəcəyi gözlənilirdi. Proqnozun yaxşılaşdırılması ABŞ-ın daha sürətli bərpası ilə əlaqədardır. Belə ki, bu ölkədə koronavurisa qarşı vaksinlərin geniş yayılması və 1,9 trln. dollarlıq yeni stimullaşdırıcı maliyyə paketinin ayrılması istehlak xərclərinin artırıb.

Ekspertlər bu ilin sonuna qlobal iqtisadi artım tempinin COVID-19 pandemiyasından əvvəlki tendensiyadan hələ də 5% aşağı olacağını proqnozlaşdırırlar.

"Bu tendensiyanın 2020-2021-ci illərdə davam etdiyini fərz etsək, pandemiya bu ilin sonunadək 10 trln. dollara başa gələcək”, - hesabatda deyilir.

UNCTAD-ın məlumatına görə, qlobal iqtisadiyyata dəyən əsas zərbə məhdud maliyyə imkanları və beynəlxalq dəstəyi az olan inkişaf edən ölkələrdə hiss olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR