BMT qlobal ticarətin bu il 7-9% azalacağını proqnozlaşdırır

BMT qlobal ticarətin bu il 7-9% azalacağını proqnozlaşdırır
  • Clock-gray 10:25
  • calendar-gray 21 Oktyabr 2020

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il qlobal ticarət dövriyyəsinin 2019-cu illə müqayisədə 7-9% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, belə bir proqnoz BMT-nin Ticarət və İnkişaf Konfransında (UNCTAD) səslənib.

UNCTAD-ın gözləntisi bu ilin III rübündə ticarətdə qeydə alınan canlanma fonunda açıqlanıb.

Qeyd edək ki, 2020-ci ilin III rübündə qlobal ticarət dövriyyəsi illik müqayisədə 5% azalsa da, bu, cari ilin II rübü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə daha yaxşı dinamikadır. Belə ki, II rübdə illik müqayisədə qlobal ticarət 19% azalmışdı.

IV rüb üçün verilən proqnozlara əsasən, qlobal ticarət illik müqayisədə azalmağa davam edəcək və bu azalma 3%-ə bərabər olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər