BP işçilərin 15%-ni ixtisar etməyi planlaşdırır

BP işçilərin 15%-ni ixtisar etməyi planlaşdırır
# 08 iyun 2020 16:49 (UTC +04:00)

BP şirkəti COVID-19 pandemiyasının yaratdığı böhrana cavab olaraq və şirkətin icraçı direktoru Bernard Luniyin bərpa olunan enerji mənbələrinə keçidin planının bir hissəsi kimi, işçilərin 15%-ni ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu "Reuters"ə şirkətdə olan etibarlı mənbə deyib.

B. Luniy onlayn formatda olan qlobal zəngdə işçilərinə bildirib ki, şirkət 70,1 min işçisindən 10 minini ixtisar edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasının neft bazarında görünməmiş bir qiymət azalmasına səbəb olması fonunda BP apreldə 2020-ci ilin xərclərinin 25% azaltdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR