BP son 10 ildə ilk dəfə zərərlə qarşılaşıb

BP son 10 ildə ilk dəfə zərərlə qarşılaşıb
# 02 fevral 2021 12:52 (UTC +04:00)

2020-ci ilin yekunlarına əsasən, BP son 10 ildə ilk dəfə olaraq ili zərərlə başa vurub. Enerji sektorunun nəhənginin zərəri ötən il 5,69 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumat görə, zərərin əsas səbəblərində biri kimi, COVID-19 pandemiyası və şirkətin II rübdə 6,5 mlrd. dollar dəyərində xam neft və qaz aktivlərinin silməsi göstərilir.

Təkcə 2020-ci ilin IV rübündə BP-nin mənfəəti 115 mln. dollara bərabər olub ki, bunun da əsas drayverləri enerji resurslarına zəif tələbat və bunun nəticəsi olaraq aşağı yanacaq və qaz satışları olub.

Qeyd edək ki, 2019-cu ili BP 10 mlrd. dollar məbləğində mənfəətlə başa vurmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR