BVF AMB-nin rəsmi valyuta ehtiyatları üzrə proqnozunu yüksəldib

BVF AMB-nin rəsmi valyuta ehtiyatları üzrə proqnozunu yüksəldib
# 19 oktyabr 2020 16:30 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin yekunlarına əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcminin 6,3 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır. Bu, cari ilin aprel proqnozundan 53,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışına deyilir.

Qeyd olunub ki, bu ilə 6,3 mlrd. dollar səviyyəsində proqnozlaşdırılan AMB-in rəsmi valyuta ehtiyatları 4,1 aylıq idxalı ödəmək üçün kifayət edəcəyi proqnozlaşdırır.

2021-ci il üçün də AMB-nin ehtiyatları üzrə proqnozunu 4,1 mlrd. dollardan (aprel proqnozu) 6,3 mlrd. dollara qaldıran Fond, gələn il bu məbləğin 4 aylıq idxalı ödəmək üçün kifayət edəcəyini deyir.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 6,258 mlrd. dollara bərabər olub. Bu, illik müqayisədə 11,2% çoxdur. Sentyabrın 30-na isə AMB-nin valyuta ehtiyatları 6,491 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 7,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR