BVF Azərbaycanda inflyasiya üzrə proqnozunu açıqlayıb

BVF Azərbaycanda inflyasiya üzrə proqnozunu açıqlayıb
# 06 aprel 2021 16:44 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda illik inflyasiyanın səviyyəsi 3,5% artacaq.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə inflyasiya yavaşlayaraq 3,2% təşkil edəcək.

Qeyd edək ki, Dünya Bankı bu il Azərbaycanda inflyasiyanın 3,9% səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə ölkədə inflyasiyanın 3,2%, 2023-cü ildə isə 3% təşkil edəcəyini güman edilir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapazonunda formalaşacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR