BVF: Azərbaycanda mal və xidmətlərin xarici dövriyyəsi bu il kəskin artacaq

BVF: Azərbaycanda mal və xidmətlərin xarici dövriyyəsi bu il kəskin artacaq
# 19 aprel 2021 10:19 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın mal və xidmətlərin xarici dövriyyəsinin həcmi 30,6% artaraq 40,1 mlrd. ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkədə mal və xidmətlərin ixracı təxminən 28,2% artaraq 20,9 mlrd. dollar, idxalın həcmi isə 19,3% artaraq 19,2 mlrd. dollara çatacaq. Beləliklə, mal və xidmətlərin xarici dövriyyəsinin müsbət saldosunun 1,7 mlrd. dollara bərabər olacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 8 dəfədən çoxdur.

Qeyd edək ki, Fond 2022-ci ildə Azərbaycanın mal və xidmətlərin xarici dövriyyəsinin həcminin bir qədər azalaraq 38,4 mlrd. dollara enəcəyi güman edilir. İxracın 19,9 mlrd. dollar, idxalın isə 18,5 mlrd. dollar olacağı hesablanıb.

Xatırladaq ki, "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, 2020-ci ildə Azərbaycanda mal və xidmətlərin xarici dövriyyəsinin həcmi 30,7 mlrd. dollar təşkil edib. Bunun 22,7 mlrd. dolları xarici ticarət dövriyyəsinin payına, 8 mlrd. dolları isə göstərilən xarici xidmətlər dövriyyəsinin payına düşüb. Ötən il Azərbaycan xaricə 16,3 mlrd. dollarlıq mal və xidmət ixrac edib, və 16,1 mlrd. dollarlıq idxal edib. Beləliklə, ümumi dövriyyənin saldosu müsbət olub və 0,2 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR