BVF: Azərbaycanın böhrana cəld və güclü reaksiyası regionda iqtisadi geriləməni nisbətən yumşaldacaq

BVF: Azərbaycanın böhrana cəld və güclü reaksiyası regionda iqtisadi geriləməni nisbətən yumşaldacaq
  • Clock-gray 16:42
  • calendar-gray 13 İyul 2020

Azərbaycan və Qazaxıstanın koronavirus pandemiyasının yaratdığı böhrana qarşı cəld və güclü reaksiyası nəticəsində Qafqaz və Mərkəzi Asiya (CCA) regionunun neft-qaz ölkələri Orta Şərq və Şimali Afrika (MENAP) neft ixracatçılarına nisbətən daha az zərər görəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook Update" adlı hesabatında deyilir.

Bunun digər səbəblər kimi, "OPEC+" razılaşması çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionunun ölkələrinin neft hasilatının daha çox azaltması və daha şaxələnmiş iqtisadiyyat göstərilir.

Qeyd edək ki, BVF-nin gözləntilərinə görə, 2020-ci ildə CCA regionun neft-qaz ixracatçılarının ÜDM-i 1,1% azalacaq, MENAP regionunda isə iqtisadi azalma 7,3%-ə bərabər olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər