BVF: Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbəti bu il 21% təşkil edəcək - PROQNOZ

BVF: Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbəti bu il 21% təşkil edəcək - PROQNOZ
# 01 iyun 2020 14:14 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu il Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbəti 21% təşkil edəcək.

"APA-Economics"in sorğusuna cavab olaraq BVF-nin Vaşinqtonda yerləşən baş ofisindən bildirilib ki, məcmu dövlət borcu yalnız dövlətin xarici və yerli borcunu əks etdirir və buraya dövlət müəssisələri tərəfindən cəlb olunmuş borclar və dövlət tərəfindən zəmanət verilən borclar daxil deyil.

Qeyd edək ki, BVF-nin hesablamalarına görə, Azərbaycanda 2019-cu ildə bu göstərici 18% təşkil edib, 2021-ci il üçün verilən proqnoza görə isə məcmu dövlət borcunun ÜDM-ə nisbəti 21,8% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR