BVF: Azərbaycanın neft ÜDM-i gələn il 0,2%, qeyri-neft ÜDM-i 3% artacaq - PROQNOZ

BVF: Azərbaycanın neft ÜDM-i gələn il 0,2%,  qeyri-neft ÜDM-i 3% artacaq - PROQNOZ
# 19 oktyabr 2020 14:32 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, bu il Azərbaycanda neft ÜDM-i 4,5% azalacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışına deyilir.

Qeyd olunub ki, 2021-ci ildə Azərbaycanın neft ÜDM-in 0,2% artacağı proqnozlaşdırılır. Xatırladaq ki, Fondun aprel proqnozları 2020-ci il üzrə 2,5% azalma, 2021-ci il üçün isə 0,2% artım vəd edirdi.

Bundan başqa, Fondun proqnozlarına görə, Azərbaycanda bu il qeyri-neft ÜDM istehsalı 3,8% azalacaq, 2021-ci ildə isə 3% artacaq. BVF aprel proqnozu ilə müqayisədə oktyabr proqnozunu yaxşılaşdırıb. Belə ki, apreldə Fonf Azərbaycan qeyri-neft ÜDM-in 2020-ci ildə 2% azalacağını, 2021-ci ildə isə cəmi 1% artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda neft ÜDM-i 5,5% azalaraq 31 289,2 mln. manat, qeyri-neft ÜDM-i isə 3,5% artaraq 50 391,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR