BVF: Bu il Asiya iqtisadiyyatı son 60 ildə ilk dəfə staqnasiya ilə üzləşəcək

BVF: Bu il Asiya iqtisadiyyatı son 60 ildə ilk dəfə staqnasiya ilə üzləşəcək
# 16 aprel 2020 15:55 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Asiyada koronavirusun (COVID-19) pandemiyası səbəbindın iqtisadi artımının 60 il ərzində ilk dəfə olaraq bu il dayanacağını proqnozlaşdırır.

Bu barədə "APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi aprel hesabatına istinadən xəbər verir.

“Asiya iqtisadiyyatının bu il 60 ildə ilk dəfə sıfır artım göstərəcəyi ehtimalı var”, - BVF-nin Cümə axşamı günü yayımlanan Asiya-Sakit Okean bölgəsi ilə bağlı hesabatında qeyd edilir.

Fond koronavirusla mübarizə tədbirlərinin uğurlu olacağını güman edərək Asiya iqtisadiyyatlarının gələn il 7,6% artacağını gözləyir. Bununla belə, BVF perspektivlərin hədsiz qeyri-müəyyənliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR