BVF Gürcüstan iqtisadiyyatı üzrə proqnozunu endirib

BVF Gürcüstan iqtisadiyyatı üzrə proqnozunu endirib
# 06 aprel 2021 18:28 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci il üçün Gürcüstanın iqtisadi artım tempi üzrə proqnozunu 4,3%-dən 3,5%-ə endirib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə BVF-nin hesabatında deyilir.

Hesabatda 2022-ci ildə Gürcüstanın iqtisadi artım tempi 5,8%, 2023-cü ildə isə 5,5% olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Gürcüstan hökuməti cari ildə ölkədə ÜDM-in 4,3% artacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR