BVF: Neft ixrac edən ölkələr arasında Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən olacaq

BVF: Neft ixrac edən ölkələr arasında Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən olacaq
# 14 oktyabr 2020 15:28 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Orta Şərq və Mərkəz Asiya regionunun neft ixrac edən ölkələrinin ÜDM-in orta hesabla 6% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2020-ci ildə bu regionun neft ixracatçıları arasında Türkmənistan, Qazaxıstan və Azərbaycanın iqtisadiyyatları ən az təsirlənənlərdən olacaq. Belə ki, Fondun proqnozlarına görə, bu il Azərbaycan və Qazaxıstanda ÜDM müvafiq olaraq 4% və 2,7% azalacaq, Türkmənistanda isə 1,8% artacaq.

"COVID-19 pandemiyasının neft bazarına mənfi təsirin səbəbindən bu il ən çox zərər çəkən neft ixracatçıları sırasında İraq, Oman və Küveyt yer alıb. 2020-ci ildə sözügedən ölkələrin iqtisadiyyatları müvafiq olaraq 12,1%, 10% və 8,1% azalacaq", - hesabatda deyilir.

Qeyd edək ki, BVF 2021-ci ildə Azərbaycanda ÜDM-in 2% atacağını proqnozlaşdırır. 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR