BVF: Rusiya ÜDM-i bu il 6,6% azalacaq - PROQNOZ

BVF: Rusiya ÜDM-i bu il 6,6% azalacaq - PROQNOZ
# 24 iyun 2020 17:48 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus və neft qiymətlərinin düşməsi səbəbindən bu il Rusiyada ÜDM istehsalının 6,6% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir.

Apreldə Fond Rusiya iqtisadiyyatının 5,5% azalacağını gözləyirdi. Göründüyü kimi, BVF Rusiya ÜDM-i üzrə azalma proqnozunu 1,1 faiz bəndi artırıb.

2021-ci il üçün proqnoz isə 0,6 faiz bəndi yüksəldilib – Fond gələn il Rusiya iqtisadiyyatının 4,1% artacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR