Bakı Fond Birjasının dövriyyəsi azalıb

Bakı Fond Birjasının dövriyyəsi azalıb
# 07 avqust 2020 17:13 (UTC +04:00)

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 033 430 785 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqyaisədə 30,5% azdır.

APA-Economics” bu barədə BFB-yə istinadən xəbər verir.

Bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 1,9 dəfə azalaraq 7 585 217 195 manatdan 3 913 687 635 manata enib. Korporativ qiymətli kağzılar bazarının həcmi isə 3 dəfədən çox artraaq 406 063 089 1 260 524 509 manata yüksəlib.

Nəticə olaraq, 2020-ci ilin yanvar-iyul ayları üzrə Mərkəzi bank qiymətli kağızları üzrə yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 111%, repo əməliyyatları üzrə isə 24% böyümə qeydə alınıb.

2020-ci ilin iyul ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2 593 005 079 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR