Bakı Mühəndislik Universitetinin tələbələrinə "Smart tələbə kart"ları veriləcək

Bakı Mühəndislik Universitetinin tələbələrinə "Smart tələbə kart"ları veriləcək
# 20 fevral 2020 14:21 (UTC +04:00)

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrə "Smart tələbə kart"ların verilməsinə başlanılır.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bununla bağlı universitetdə rəsmi təqdimat təşkil olunacaq.

Təqdimat mərasimində Təhsil nazirinin müavini İdris İsayev, BMU-nun rektoru Havar Məmmədov, Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavin Alim Quliyev, AMB-nin baş direktoru Fərid Osmanov, bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova və "Mastercard"ın ölkə üzrə direktoru Erdem Çakar iştirak edəcəklər.

Qeyd edək ki, "Smart tələbə kartı" vasitəsilə tələbələr təqaüdlərinin alıb, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişləri həyata keçirə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişlənməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Eyni zamanda rayonlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək.

Xatırladaq ki, "Smart tələbə kartı" layihəsinə ötən ilin noyabr ayından Azərbaycan Təhsil Nazirliyi, AMB və Dövlət İqtisad Universitetinin təşəbbüsü ilə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR