Bakıda alternativ maliyyələşdirmə mexanizmləri müzakirə ediləcək

Bakıda alternativ maliyyələşdirmə mexanizmləri müzakirə ediləcək
# 17 fevral 2020 17:08 (UTC +04:00)

Fevralın 25-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") təşəbbüsü ilə Bakıda Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçiriləcək.

"APA-Economics"in "AHK Azərbaycan"ın yaydığı məlumata istinadən xəbər verir ki, iclasda Azərbaycanda alternativ maliyyələşdirmə mexanizmləri müzakirə ediləcək.

"Alternativ maliyyələşdirmə haqqında qanunvericilik" mövzusunda "Ekvita" şirkətinin mütəxəssisləri məruzə ilə çıxış edəcəklər.

Alternativ maliyyə banklarının və kapital bazarlarının institusional maliyyə sistemindən kənar maliyyələşmə formalarına aiddir. Bura misal olaraq onlayn biznes kreditləri, mikromaliyyə, gəlir əsaslı maliyyələşdirmə, faktorinq və "srowd funding" daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR