Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22% azalıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22% azalıb
# 06 avqust 2020 10:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,3% azalaraq 1949,5 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 1273,8 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 65,3%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR