Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri yanvarda 36% azalıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri yanvarda 36% azalıb
# 04 mart 2021 12:11 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 35,6% azalaraq 306,4 mln. manat olub.

APA-Economics”in məlumatına görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 203,7 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 66,5%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR