Bakıda martda inflyasiya 0,8% olub

Bakıda martda inflyasiya 0,8% olub
# 21 aprel 2020 11:41 (UTC +04:00)

Bu ilin mart ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri fevral ayına nisbətən 0,8% artıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə isə bahalaşma 2,8% olub.

Məlumata əsasən, 2020-ci ilin yanvar-mart ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6%, qeyri-ərzaq malları üzrə 101,4%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,7% təşkil edib.

Cari ilin mart ayında paytaxt üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,9%, qeyri-ərzaq malları üzrə 99,9%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR