Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı ötən ilin yanvar-oktyabrında 10% artıb

Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı ötən ilin yanvar-oktyabrında 10% artıb
# 11 yanvar 2021 10:51 (UTC +04:00)

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 926,7 manat təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 938,4 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR