Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı yanvar-avqustda 938 mantdan çox olub

Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı yanvar-avqustda 938 mantdan çox olub
# 03 noyabr 2020 15:38 (UTC +04:00)

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,1% artaraq 938,4 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 948,5 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR