Bakıda ötən il orta aylıq əməkhaqqı 10% artaraq 867 manata çatıb

Bakıda ötən il orta aylıq əməkhaqqı 10% artaraq 867 manata çatıb
  • Clock-gray 10:49
  • calendar-gray 28 Fevral 2020

2019-cu ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10% artaraq 867 manat təşkil edib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 1 012,7 manata çatıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 19,1% çoxdur.

Məlumatda qeyd olunur ki, artım Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində baş tutub.

Hüseyn Vəliyev

Digər xəbərlər