Bakıda əsas kapitala yönələn investisiyaların həcmi 6%-dən çox artıb

Bakıda əsas kapitala yönələn investisiyaların həcmi 6%-dən çox artıb
  • Clock-gray 16:28
  • calendar-gray 03 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Bakıda əsas kapitala 6 687,3 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox vəsait yönəldilib.

"APA-Economics"in Bakı şəhəri Statistika İdarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 3 277,3 mln. manatı və ya 49% bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəlib. Bu illik müqayisədə 6,9% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 10 430,2 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az vəsait yönəldilib. Beləliklə, Bakı şəhərinin Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitlərdə payı 64,1% təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər