Bakının daşınmaz əmlak bazarında aktivlik aşağı düşüb

Bakının daşınmaz əmlak bazarında aktivlik aşağı düşüb
# 16 mart 2020 11:15 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 0,24% artıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "APA-Economics"ə bildirib ki, daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin analoji dövrü ilə müqayisədə isə 2,93% artım olub.

"Təkrar mənzil bazarında qiymətlərdə həm ay ərzində, həm də illik 2,16% artım qeydə alınıb. İlkin mənzil bazarında isə əksinə ay ərzində 3,04% azalma müşahidə olunub, illik ərzində isə 0,26% artıb", - deyə N. İbrahimov bildirib.

O həmçinin qeyd edib ki, bazarda aktivlik aşağı düşüb: "Vətəndaşlar hələ ki, hadisələrin inkişaf istiqamətini izləyir. Adətən belə hallarda aktivliyin aşağı düşməsi 3-5 ay davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR