Bakının ictimai iaşə dövriyyəsi koronavirusa görə 55% azalıb

Bakının ictimai iaşə dövriyyəsi koronavirusa görə 55% azalıb
# 25 avqust 2020 17:35 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 55% azalaraq 259,7 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 60,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 39,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 38,8% azalaraq 159 mln. manat təşkil edib.

Qeyd edək ki, ictimai iaşə dövriyyəsinin kəskin azalmasının səbəbi koronavirus pandemiyasının qarşısını almaq məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ictimai iaşə obyektlərinin işləməməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR