Bakının ticarət dövriyyəsi cüzi azalıb

Bakının ticarət dövriyyəsi cüzi azalıb
# 06 avqust 2020 10:15 (UTC +04:00)

2020-ci ilin yanvar-iyun aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1% azalaraq 10 233,7 mln. manat təşkil edib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 5,8% artaraq 5 154,3 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,6% azalaraq 5 079,4 mln. manata bərabər olub. İstehlak məhsullarının 29,7% hüquqi şəxs statuslu müəssisələrdə, 47,2% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,1% isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR