Bakının ticarət dövriyyəsi yanvarda 0,6% azalıb

Bakının ticarət dövriyyəsi yanvarda 0,6% azalıb
# 04 mart 2021 11:42 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% azalaraq 1 757,4 mln. manat olub.

APA-Economics”in məlumatına görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 882,4 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% azalaraq 875 mln. manata bərabər olub. İstehlak məhsullarının 33,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 55,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR