Bakının ticarət dövriyyəsinin həcmi ötən il 23 mlrd. manatı keçib

Bakının ticarət dövriyyəsinin həcmi ötən il 23 mlrd. manatı keçib
# 02 fevral 2021 17:03 (UTC +04:00)

2020-ci ildə Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 0,5% artaraq 23 062,2 mln. manat çatıb.

"APA-Economics"in Bakı şəhəri Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 11 775,9 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6% azalaraq 11 286,3 mln. manata bərabər olub.

İstehlak məhsullarının 29,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 54,2%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR