"Baktelecom" ötən il 70 mln. manata yaxın gəlir əldə edib

"Baktelecom" ötən il 70 mln. manata yaxın gəlir əldə edib
# 01 may 2020 16:15 (UTC +04:00)

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən "Bakı Telefon Rabitəsi" MMC ("Baktelekom") maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" MMC-nin yaydığı hesabata istinadən xəbər verir ki, 2019-cu ildə operatorun gəliri 69,667 mln. manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 0,04% azdır.

Ötən il müəssisənin əsas əməliyyat gəlirləri 68,868 mln. manat, sair əməliyyat gəlirləri isə 798 min manat təşkil edib. 2019-cu il üzrə müəssisənin xərcləri 51,593 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR