Banklar bugünkü valyuta hərracında 59,3 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 59,3 mln. dollar cəlb edib
# 13 avqust 2020 12:31 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, 13 avqust 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 59,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 10% və ya 5,5 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR