Banklar üzrə məcmu kapital tələbləri ilin sonunadək 1% azaldılır

Banklar üzrə məcmu kapital tələbləri ilin sonunadək 1% azaldılır
# 25 aprel 2020 11:24 (UTC +04:00)

Banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azaldılması nəzərdə tutulur.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin təklif etdiyi əlavə dəstəkləyici tədbirlərə əsasən, sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 1 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 1 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması nəzərdə tutulub.

Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

Qeyd edək ki, hazırda minimum məcmu kapital tələbi 50 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR