"Bayer"in ötən il xalis zərəri 10,5 mlrd. avro olub

"Bayer"in ötən il xalis zərəri 10,5 mlrd. avro olub
# 25 fevral 2021 16:25 (UTC +04:00)

Ötən il Almaniyanın "Bayer AG" kimya və əczaçılıq konserninin xalis zərəri ötənilki 4,1 mlrd. avro mənfəətə qarşı 10,5 mlrd. avro təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, hər bir səhm üzrə zərər bir il əvvəlki 4,17 avro mənfəətə qarşı 10,68 avro olub. Şirkətin gəlirləri 5% azalaraq 41,4 mlrd. avroya düşüb.

Ötən ilin IV rübündə "Bayer" 308 mln. avroluq xalis mənfəət əldə edib ki, bu illik ifadədə 4,6 azdır. Səhm üzrə mənfəət bir il əvvəlki 1,44 avroya qarşı 0,32 avro olub. Gəlirlər 7% azalaraq 9,995 mlrd. avroya enib.

Konsern bu ilin yekunlarına görə, 42-43 mlrd. avro civarında gəlir əldə edəcəyini proqnozlaşdırır ki, bu da təxminən 3%-lik artıma bərabərdir.

Xatırladaq ki, "Bayer AG" konserni 1863-cü ildə təsis olunub. Konsern müxtəlif ölkələrdə 300-dən çox şirkəti təmsil edir. Şirkətdə 99,5 min nəfər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR