Belarus beş ilə ixracını 50 mlrd. dollara çatdırmaq niyyətindədir

Belarus beş ilə ixracını 50 mlrd. dollara çatdırmaq niyyətindədir
# 02 dekabr 2020 15:18 (UTC +04:00)

Belarus hökuməti 2025-ci ildə məhsul ixracını 50 mlrd. ABŞ dollara qədər artırmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Belarusun Baş naziri Roman Qolovçenko hökumətin 2025-ci ilə qədərki proqramını parlamentdə təqdim edərkən deyib.

"Xarici iqtisadi fəaliyyət çərçivəsində tədbirləri iki istiqamətdə yönəldəcəyik: ixracın keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlıq. Məqsəd – 2025-ci ildə ixracı 50 mlrd. dollaradək artırmaqdır", - deyə Baş nazir bildirib.

Qeyd edək ki, 2019-cu ildə Belarusun ixracı 29,5 mlrd. dollara bərabər olub.

R. Qolovçenko onu da bildirib ki, planlaşdırılan artımın üçdə ikisi məhsul ixracının artması hesabına təmin ediləcək, yüksək texnoloji məhsulların tədarükü isə iki dəfə artırılmalıdır. Baş nazir, həmçinin xidmət ixracını 5 mlrd. dollar artırmağı planlaşdırdığını qeyd edib: "Ümumi ixracda xidmətlərin payı hazırkı 24%-dən 26%-dək artmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR