Belarusun qızıl-valyuta ehtiyatları ötən il 20%-dən çox azalıb

Belarusun qızıl-valyuta ehtiyatları ötən il 20%-dən çox azalıb
# 06 yanvar 2021 15:07 (UTC +04:00)

İlkin məlumata görə, 2020-ci ildə Belarusun qızıl-valyuta ehtiyatları 20,5% (1,9 mlrd. ABŞ dolları) azalaraq 7 468,5 mln. dollar təşkil edib.

"APA-Economics"in Belarusun Milli Bankına istinadən verdiyi məlumata görə, 2020-ci ilin dekabr ayında isə ölkənin qızıl-valyuta ehtiyatları 1,2% (92,1 mlrd. dollar) artıb.

Bildirilir ki, ehtiyatların kəskin azalması təxminən 3,9 mlrd. dollar həcmində olan xarici və daxili öhdəliklərin planlı ödənilməsi və Belarus Milli Bankı tərəfindən hərraclarda xarici valyutanın satışı səbəbindən baş verib.

Qeyd edilir ki, 2020-ci ildə Belarusun qızıl-valyuta ehtiyatları səviyyəsinin qorunub saxlanılması, Maliyyə Nazirliyi tərəfindən xarici valyutada olan istiqrazların xarici və daxili bazarlarına yerləşdirilməsi, kreditlərinin cəlb edilməsi və digər üsullarla xarici valyutanın büdcəyə daxil olması hesabına təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR