"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə qeyri-neft ixracı bu il 30%-dən çox artıb

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə qeyri-neft ixracı bu il 30%-dən çox artıb
# 30 dekabr 2020 12:53 (UTC +04:00)

Bu ilin yanvar-dekabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 182,8 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30,2% çoxdur.

Bu ilin dekabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,3 mln. dollar olub ki, bu da noyabr ayı ilə müqayisədə 3,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR