"Bir Pəncərə" ilə iyulda 17 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edilib

"Bir Pəncərə" ilə iyulda 17 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edilib
# 30 iyul 2020 15:46 (UTC +04:00)

Bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 17 mln. ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 81 mln ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR