"Bitcoin"in dəyəri 16 min dolları ötüb

"Bitcoin"in dəyəri 16 min dolları ötüb
  • Clock-gray 15:28
  • calendar-gray 12 Noyabr 2020

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri bu gün 4% artaraq 2018-ci ilin yanvar ayından ilk dəfə 16 min ABŞ dollarını keçib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda sözügedən valyutanın dəyəri yenidən cüzi azalaraq 15 888,09 dollara enib.

Qeyd edək ki, "CoinMarketCap" portalının məlumatına əsasən, "Bitcoin" ümumi qlobal kriptovalyuta bazarının 64,6%-ni təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər