"Bitcoin"in dəyəri 56 min dolları keçib

"Bitcoin"in dəyəri 56 min dolları keçib
# 10 mart 2021 18:05 (UTC +04:00)

Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri fevralın 22-dən bəri ilk dəfə 56 min ABŞ dolları həddini keçib.

"APA-Economics"in "CoinMarketCap"a istinadən verdiyi məlumata əsasən, dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"da "Bitcoin"nin dəyəri Bakı vaxtı ilə 17:56-də artaraq 56 315,19 dollara çatıb.

Qeyd edək ki, hazırda kriptovalyuta bazarında "Bitcoin"in dövriyyəsi 900,762 mlrd. dollar təşkil edir. Son 24 saat ərzində "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi 4,6% azalaraq 78,289 mlrd. dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR