"Bitcoin"in dəyəri ilk dəfə 44 min dolları ötüb - YENİLƏNİB

"Bitcoin"in dəyəri ilk dəfə 44 min dolları ötüb - YENİLƏNİB
# 08 fevral 2021 17:59 (UTC +04:00)

Bakı vaxtı ilə saat 17:00-da ticarət sessiyasında dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri 11,8% artaraq 43,8 min ABŞ dollara yüksəlib.

"APA-Economics"in "CoinDesk" portalına istinadən verdiyi məlumata görə, ticarət sessiyası zamanı "Bitcoin"in dəyəri 44,9 min dollara çatıb. Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

***

17:36

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri Bakı vaxtı ilə 17:00-da ticarət sessiyasında 11,8% artaraq 43,8 min ABŞ dollarına yüksəlib.

"APA-Economics"in "CoinDesk" portalına istinadən verdiyi məlumata görə, beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Bakı vaxtı ilə saat 16:54-də kriptovalyuta 42 min dollarlıq göstəricinin üzərində ticarət olunurdu. Saat 17:14-ə "Bitcoin"in artım sürəti 9,6%-dək yavaşlayıb və 42,6 min dollar səviyyəsində idi.

Qeyd edək ki, bu cür artım "Tesla"nın kriptovalyutaya 1,5 mlrd. dollar sərmayə yatırdığı xəbərlərindən sonra baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR