"Bitcoin"in dəyəri tarixi maksimumu yeniləyib

"Bitcoin"in dəyəri tarixi maksimumu yeniləyib
# 16 fevral 2021 09:40 (UTC +04:00)

Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri 5%-dən çox artaraq 49 716 ABŞ dolları təşkil edib.

"APA-Economics"in "CoinMarketCap"ə istinadən verdiyi məlumata görə, ticarət zamanı kriptovalyutanın dəyəri hətta 49 998 dollara çatıb, lakin artım səngiyib və 50 min dollarlıq psixoloji həddə çatmayıb.

Qeyd edək ki, hazırda kriptovalyuta bazarında "Bitcoin"in dövriyyəsi 918,164 mlrd. dollar təşkil edir. Son 24 saat ərzində "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi 9,5% azalaraq 71,986 mlrd. dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR