"Bitcoin"nin qiyməti tarixi maksimuma çatıb

"Bitcoin"nin qiyməti tarixi maksimuma çatıb
# 06 yanvar 2021 10:16 (UTC +04:00)

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri növbəti dəfə tarixi maksimumunu yeniləyərək 35 min ABŞ dolları həddini aşıb.

"APA-Economics" bu barədə "CoinMarketCap" portalına istinadən xəbər verir

20-dən çox birjaların orta qiymətini hesablayan "CoinMarketCap"in məlumata görə, bu gün səhər saatlarında "Bitcoin" 11,16% bahalaşaraq 35 634 dollara yüksəlib.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası sayılan "Binance"da "Bitcoin" 35 887 dollaradək bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR