Böyük Britaniyada işsizlik səviyyəsi artıb

Böyük Britaniyada işsizlik səviyyəsi artıb
# 10 noyabr 2020 11:59 (UTC +04:00)

Bu ilin iyul-sentyabr Böyük Britaniyada işsizlik səviyyəsi iyun-avqust aylarındakı 4,5%-dən 4,8%-ə yüksəlib.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Milli Statistika Bürosunun açıqlamasında deyilir.

Qeyd olunur ki, bir il əvvəl ölkədə işsizlik 3,9% səviyyəsində idi.

Eyni zamanda, iyul-sentyabr aylarında Böyük Britaniyada 16 yaşdan yuxarı işsizlərin sayı iyun-avqust ayları ilə müqayisədə 243 min, ötən ilin eyni dövrü ilə müqayisədə isə 318 min artaraq 1,624 mln. nəfərə çatıb.

İyul-sentyabr aylarında 16 yaşdan yuxarı işləyən britaniyalıların sayı illik nisbətdə 247 min azalıb və 32,507 mln. nəfər və ya işləyən əhalinin 75,3%-ni təşkil edib.

Ölkədəki orta real həftəlik əməkhaqqı bonuslar nəzərə alınmaqla illik ifadədə 1,3%, bonuslar istisna isə 1,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR