Braziliyada inflyasiya dördillik maksimuma çatıb

Braziliyada  inflyasiya dördillik maksimuma çatıb
# 11 mart 2021 17:40 (UTC +04:00)

2021-ci ilin fevral ayında Braziliyada illik inflyasiya 5,2% təşkil edib ki, bu da son 4 ildən artıq olan müddətdə ən yüksək göstəricidir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, inflyasiyanın artmasının əsas drayveri ölkə nəqliyyatında xərclərinin artması olub. Belə ki, Braziliyada yanacağın qiyməti fevralda 7% artıb.

Qeyd edək ki, 2021-ci il üçün Braziliya Mərkəzi Bankının hədəf inflyasiya səviyyəsi 3,75±2% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR