Britaniya funtunun Azərbaycan manatına qarşı məzənnəsi üçillik maksimuma çatıb

Britaniya funtunun Azərbaycan manatına qarşı məzənnəsi üçillik maksimuma çatıb
# 05 fevral 2021 15:43 (UTC +04:00)

Böyük Britaniya funt sterlinqinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,3349 manata yüksəlib ki, bu da 2018-ci ilin may ayının 1-dən bəri ən yüksək göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, 2018-ci ilin may ayından indiyədək funtun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin mart ayının 19-da qeydə alınıb – 1,9547 manat. Beləliklə, bu gün 1 Britaniya funtunun 2,3244 manata bərabər olduğunu nəzərə alsaq, 2020-ci ilin mart ayından bəri funt sterlinq manata nisbətdə 18,9% möhkəmlənib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0322 manata enib, 1 Rusiya rublu 0,0225 manata, 1 türk lirəsinin məzənnəsi isə 0,2380 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR